Pakistanın cənubunda baş verən yol qəzasında azı 17 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Bu barədə "Samaa" telekanalı məlumat yayıb.
Hadisə yük maşınının sürətli yolda qonaqları toy mərasiminə aparan və yolun kənarında dayanmış avtobusa çırpılması nəticəsində baş verib. Ölənlər arasında iki uşaq və beş qadın da var.
İlkin istintaqın nəticələrinə görə, qəzaya yük maşınının sürücüsünün diqqətsizliyi səbəb olub.
.
