Pakistanın cənub-qərbindəki Lasbela bölgəsində sərnişin avtobusu qəzaya uğrayıb.

Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər ölüb, 41 nəfər yaralanıb.

Hadisənin səbəbi kimi avtobusun böyük çökəkliyə düşməsi göstərilir.

Yaralılar xəstəxanaya yerləşdirilib.

.