Pakistanın Svat bölgəsində polis idarəsinin Terrora Qarşı Mübarizə Mərkəzinin sursat anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, 50-dən çox şəxs yaralanıb.

Bunu regional polis idarəsinin rəisi Əxtər Hayat bildirib. 

Onun sözlərinə görə, elektrik naqillərində baş verən qısaqapanma nəticəsində partlayış və yanğın olub.

Rəis deyib ki, ölənlərin 10-nu antiterror bölməsinin əməkdaşıdır. Bundan başqa, bir qadın və uşaq, habelə binanın yaxınlığından keçən sakin ölüb.

.