Pakistanda meymunçiçəyi virusunun yeni versiyasına ilk yoluxma qeydə alınıb.
Bu barədə ölkənin Hayber Paxtunxva əyalətinin səhiyyə departamentindən bildirilib.
Vurğulanıb ki, Birləşmiş Ərəb Əmirliklərindən gələn üç şəxsdə virus aşkarlanıb.
Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.
.