Pakistanda keçmiş baş nazir İmran Xanın siyasi partiyasının fəaliyyətini qadağan etmək planlaşdırılır.

Bu barədə ölkənin informasiya naziri Attaullah Tarar məlumat yayıb.

O bildirilib ki, federal hökumət “Pakistan Təhrik-i-İnsaf” partiyasını qadağan etmək üçün bir iddia qaldıracaq.

“Bundan başqa, hökumət İmran Xan və keçmiş prezident Arif Alviyə qarşı ölkə konstitusiyasına uyğun olaraq dövlətə xəyanət ittihamı ilə Ali Məhkəmə qarşısında hüquqi arayış təqdim edəcək”, - deyə informasiya naziri əlavə edib.

.