Pakistanda məscid yaxınlığında baş verən partlayışda 13 nəfər ölüb, 70 nəfər yaralanıb.

Yenizaman yerli KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər partlayışın kamikadze tərəfindən törədildiyini ehtimal edir.

Qeyd edək ki, partlayış Mastunq şəhərində insanların Peyğəmbərin mövlud gününü qeyd etmək üçün toplaşdığı məscidin yaxınlığında baş verib.

.