Pakistanın daxili işlər naziri feldmarşal Asim Munirin xüsusi məktubunu İran tərəfinə təqdim edib.
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ötən gecə İran və ABŞ arasında vasitəçilik missiyası çərçivəsində Tehrana gəlib və bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Görüş zamanı o, Pakistan ordusunun komandanı feldmarşal Asim Munirin İranın ali rəhbərinə ünvanlanan xüsusi məktubunu Abbas Əraqçiyə təhvil verib.
Nəqvi ötən gecə İranın daxili işlər naziri ilə görüşü kənarında jurnalistlərə açıqlamasında demişdi ki, burada feldmarşal general Asim Munir və Pakistanın baş naziri Şahbaz Şərifin hazırkı vəziyyətlə bağlı xüsusi məktubunu İranın ali rəhbəri Ayətullah Seyid Müctəba Xameneiyə təqdim etmək üçün olduğunu bildirib.
O bu mesajın mühüm bir mesaj olduğunu düşündüyünü, hər şeyin yaxşılıqla bitəcəyinə ümid etdiyini vurğulayıb.
.
