Pakistan Hərbi Hava Qüvvələri ölkənin hava məkanın pozan iki Hindistan qırıcı təyyarəsini vurub.

TASS xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat katibi, general-mayor Asif Qafur bildirib.

Onun sözlərinə görə, vurulmuş qırıcılardan birinini pilotunu girov götürüblər.

"India Today" nəşrinin məlumatına görə, hadisə Cammu və Kəşmirdə, Bağdam rayonunda baş verib.
.