“Audioviziual medianın tənzimlənməsi sahəsində təcrübələrin bölüşdürülməsi ölkələrimiz üçün önəm kəsb edir”.

Bunu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəqəmsal media ilə iş sektorunun müdiri Elmir Vəlizadə deyib.

O bildirib ki, bu sahələrdə əməkdaşlıq dövlətlərimizdə baş verən hadisələr barədə geniş ictimaiyyətə düzgün məlumat çatdırmağa xidmət edəcək:

“Azərbaycanda audiovizual sahənin tənzimlənməsində təcrübə mövcuddur. Azərbaycan regionda rəqəmli televiziyaya keçid etmiş ilk ölkələr sırasında olub. Yeni qəbul olunmuş “Media haqqında” qanun beynəlxalq təcrübələrə uyğundur və medianın tərkib hissəsi olan audiviziual sahədə də tənzimləməni əhatə edir. Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlıq inkişaf etməkdədir. TDT-yə üzv olan dövlətlər arasında da bu əməkdaşlığın inkişaf etdirilməsi əsas məqsədlərdən biridir”.

.