Özbəkistanda səhnəyə çıxışı qeyri-rəsmi şəkildə yasaqlanmış məşhur müğənnilərin üzərindən qadağa götürülür.


Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Şirəli Curayev, Ulduz Usmanova, Artıq Atacanov, Babamurad Həmdəmov və Abid Asamov böyük səhnəyə ayaq basa, radio və televizyada çıxış edə bilərlər.


Onlara prezident səlahiyyətlərini icra edən Şövkət Mirziyayevin "yaşıl işıq" yandırdığı bildirilir. 1993-cü ildən səhnəyə yolu bağlanmış Özbəkistanın xalq artsti, dövlət mükafatı laureatı Şirəli Curayevə prezident köməkçisi zəng edərək səhnə yasağının aradan qaldırıldığı xəbərini çatdırıb.


2005-ci ildən ifasına qadağa qoyulmuş  Ulduz Usmanova, 2006-cı ildən səhnəyə çıxışına icazə verilməyən 54 yaşlı əməkdar artist, yumorist Abid Asimov da "azadlığa buraxılıblar".


Beləliklə, 10-a yaxın artistin üzərindən qadağa götürülüb. Onlara belə bir sanksiyanın tətbiqi səbəbləri bəlli deyil. Adı "qara siyahı"ya düşənlərin rəsmi tədbirlərə qatılmaqdan boyun qaçırdıqları bildirilir.

 



.