Özbəkistan Maliyyə Nazirliyi nəzdində Büdcəxarici pensiya fondunun sabiq icraçı direktoru Bahrom Əşrəfxanov bu ölkənin Azərbaycandakı səfiri təyin edilib.

Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat verir.

Yeni təyin olunan səfir aprelin 14-də Bakıya gəlib.

Qeyd edək ki, o, 2020-ci ilin martınadək Büdcəxarici pensiya fondunun icraçı direktoru vəzifəsində işləyib. 2016-2018-ci illərdə Özbəkistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olub.
.