Bəy pul ödəməmək üçün öz toyundan qaçıb. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən hadisə Moskvada baş verib. Dələduzluq faktı ilə bağlı restoranın administratoru polisə müraciət edib. 

Onun sözlərinə görə, 41 yaşlı kişi özünə toy banketi sifariş edib və bunun üçün 20 min rubl (512 AZN) ilkin ödəniş edib. Yekun hesabın 100 min rubldan (2 560 AZN) artıq olduğunu görən bəy ödəniş etməkdən imtina edib və qonaqları ilə birlikdə məclisi tərk edib. 

Bəy tez bir zamanda polis tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi açılıb.

Hazırda bəyi 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

.