Rusiya buğdası yüklənmiş ilk qatarın Azərbaycan və Gürcüstan ərazisindən Ermənistana göndərilməsi çox vacib hadisədir.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, 30 ildən çox müddətdə, Ermənistan və Azərbaycan müstəqil olandan sonra il dəfə olaraq Rusiya buğdası yüklənmiş ilk qatar Ermənistana bu xətt vasitəsi ilə göndərilib.
“Bu gün bu, reallıqdır. Bu Rusiya buğdası idi. Sonra Qazaxıstan buğdası göndərildi. Biz indi bu xətlə digər yüklərin göndərilməsini müzakirə edirik. Bir müddət əvvəl Azərbaycandan neft məhsullarının Ermənistana bu xəttə vasitəsi ilə göndərilməsi məlumatı yayıldı. Yəni ki, biz, həqiqətən dəyişikliklər haqqında danışırıq. Əlbəttə ki, burada üç lider, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşması vacib rol oynayıb. O zaman faktiki olaraq bu müharibəni dayandırmağa nail olundu və bizim ölkələrimizin birlikdə çalışa bilməsi üçün əsas qoyuldu. Hazırda Ermənistan və Azərbaycan birbaşa ikitərəfli rejimdə işləyirlər. O cümlədən sərhədlə bağlı çalışırlar. Bilirəm ki, həmkarlarım bir-birinə qonaq da gedirlər. Azərbaycanla Ermənistan arasında ticarət başlayır. Neft məhsulları göndəilib. İndi Ermənistandan Azərbaycan ərazisindən keçməklə Rusiyaya hansısa yüklərin göndəilməsindən söhbət gedir”, - Overçuk vurğulayıb.
Rusiya Baş nazirinin müavini bütün bunların bu yaxınlara qədər az ehtimal olan məsələlər olduğunu da söyləyib.
.
