
Ermənistan Baş nazir Nikol Paşinyan Rusiya Baş naziri Mixail Mişustinlə görüşündə Ermənistanın Avrasiya İqtisadi İttifaqında işini davam etdirmək niyyətində olduğunu təsdiqləyib.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistanla Aİİ-də qarşılıqlı fəaliyyəti müzakirə edir və bəzi məsələlərlə bağlı narahatlığını bildirir.
“Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin azalması narahatlıq doğurur, iki ölkənin Baş nazirləri bu sahədə addımları, həmçinin Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər”, - Overçuk vurğulayıb.
.