Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi bir araya sığmır və regiondankənar oyunçuların Ermənistana gəlişinin “nəticələri olacaq”.
Yenizaman “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Primakov qiraətləri” X beynəlxalq elmi-ekspert forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın siyasi vektoru getdikcə daha çox Qərbə meyl edir.
“Nikol Vovaeviçin müsahibələrindən birində etdiyi məşhur yarı zarafat var ki, əgər Aİ-yə üzvlük üçün seçim etmək imkanı olsaydı, nə vaxt bura daxil olmağı seçərdi sualına cavabında Paşinyan "bu il" deyə cavab vermişdi. Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi ilə bağlı müzakirələr də gedir”, - deyə Overçuk xatırladıb.
O, Ermənistan cəmiyyətində Rusiyaya qarşı müəyyən narazılıqları da diqqətə çatdırıb.
“Azından belə bir fikir var və bunu başa düşmək lazımdır. Amma onu da anlamaq lazımdır ki, Aİ və Aİİ bir-birinə uyğun gəlmir. Rusiyaya yaxınlıqdan hər hansı ölkənin əldə etdiyi faydalar ölkəmizin təhlükəsizliyi və strateji dərinliyi üçün ödədiyi hesabdır. Buna görə də bəzi xarici oyunçuların regiona gəlməsinin nəticələri olacaq. Biz burada hədiyyə verməklə məşğul deyilik. Əlbəttə ki, biz sabit Ermənistanın olmasında, yaxşı ticarət əlaqələrində, yaxşı qardaşlıq münasibətlərində maraqlıyıq”, - Overçuk bildirib.
.