
Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlar davam edir.
Bunu Rusiya baş nazirinin müavini, Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı yaradılmış üştərəfli işçi qrupun rusiyalı həmsədri Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, üçtərəfli işçi qrupun danışıqları davam edir, lakin Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi bu fəaliyyətə mənfi təsir göstərir.
"Təbii ki, hər hansı bir gərginlik həmişə işimizə mənfi təsir göstərir, onları ləngidir və vaxt keçir, biz yenidən qayıdıb işimizə davam edirik. Danışıqlar dayandırılmayıb, davam edir", - deyə Overçuk qeyd edib.
O əlavə edib ki, danışıqların növbəti mərhələsi “şərtlər yetişəndə” baş tutacaq.
.