Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı çərçivəsində mümkündür.

Bunu Ermənistanda səfərdə olan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Bildirmək istəyirəm ki, kommunikasiyaların açılması üç dövlətin (Azərbaycan, Rusiya Federasiyası və Ermənistan) liderləri arasında əldə edilmiş və 9 noyabr 2020-ci il tarixli birgə bəyanatda öz əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Bildiyiniz kimi, Rusiya hər zaman bu prosesə qoşulmağa və Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq burada kömək etməyə hazırdır”, - o brifinqdə qeyd edib.

.