Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.

DİN rəsmisi bildirib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

.