Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Türkiyəyə rəsmi səfərinin proqramı açıqlanıb.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Prezident iqamətgahında rəsmi qarşıladıqdan sonra ikitərəfli görüş keçiriləcək. Bundan sonra Türkiyə-Özbəkistan Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü Toplantısı baş tutacaq. Bunun ardınca iki dövlət arasında müqavilələrin imzalanması, Ərdoğanla Mirziyoyevin birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.

Qeyd edək ki, iyunun 5-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev xanımı ilə birlikdə Türkiyəyə rəsmi səfər edib.

.