Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra, ölkənin aparıcı teatrları İrəvan Dövlət Dram Teatrı, Şuşa Dövlət Dram Teatrı və digər teatrlar öz dogma öz doğma yerlərindən didərgin düşərək Bakıda fəaliyyətlərini davam ediblər.

Bunu Mədəniyyət naziri Anar Kərimov deyib. Onun sözlərinə görə, bu qədər haqsızlıqlara baxmayaraq bu teatrlar fəaliyyətlərini davam etdirib, Azərbaycan tamaşaçılarını sevindiriblər:

“1980-ci illərin sonlarında başlayan azadlıq hərəkatı, 1990-cı illərin əvvəlində baş verəb 20 Yanvar faciəsi, bundan sonra Ermənistanın Azərbaycana təcavüzi, işğalçılıq siyasəti, Xocalı soyqrımı və torpaqlarımızın 20 faizinin erməni işğalçıları tərəfindən zəbt edilməsi təbii teratr prosesinə təsirsiz ötüşmədi.

Ötən il Azərbaycan respublikasının Prezidenti Ali Baş Komandanın siyasi iradəsi və qətiyyətli mövqeyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad etdi. Bizim hazırki məqsədlərimizdən biri də odur ki, həmin o məkanlarından didərgin düşmüş teatrlarımızı öz dogma yurdlarına qaytaraq. Azərbaycan dövləti bunun üzərində işlər aparır və mütləq bu teatrlar öz dogma torpaqlarında fəaliyyətlərini bərpa edəcəklər”.

.