Müdafiə Nazirliyində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” tərəfindən ötən il 7,4 min ərizənin baxılması təmin edilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, komissiyanın qərarları əsasında 1,4 mindən çox şəxsə müvafiq veteran adı və vəsiqəsi verilib.

Onlardan 1,2 min nəfər müharibə veteranı, 182 nəfər Silahlı Qüvvələr veteranı, 5 nəfər isə əmək veteranıdır.

.