2023-cü ildə nəzarət çərçivəsində bank sektorunun maliyyə dayanıqlığı diqqətdə saxlanılıb. Hesabat dövründə AMB tərəfindən 6 bankda hərtərəfli yoxlama, 1 bankda isə tematik yoxlama həyata keçirilib.

Bu barədə  Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edilib ki, bu dövrdə AMB tərəfindən 4 sığortaçı və 1 sığorta agentində növbəti hərtərəfli yoxlamalar keçirilib.

Hesabat ilində qiymətli kağızlar bazarında tənzimləmə və nəzarət proseslərinin səmərəliliyinin artırılması, kapital bazarının hüquqi çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, həmçinin bazarda tələb və təklifin dəstəklənməsi istiqamətində intensiv tədbirlər həyata keçirilmişdir. Hesabat dövrü ərzində 4 yoxlama təşkil olunub.

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (2.93 indeksi ilə) olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin iyun ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər arasında "Bakı Sığorta" 2.81 indeksi ilə növbəti dəfə ikinci, “Paşa Sığorta” 1.12 indeksi ilə siyahıda üçüncü olub. Digər sığorta şirkətləri üzrə şikayət indeksi aşağıdakı kimidir:

.