2022-ci ildə elmi dərəcələr və elmi adlar verilməsi və ya verilməsindən imtina edilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi ad haqqında sənədlərin tanınması və ya tanınmasından imtina edilməsi barədə məlumat açıqlanıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bildirilib ki, ötən il 432 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 222 nəfərə bu dərəcənin verilməsindən imtina edilib.

84 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, 24 nəfərə bu dərəcənin verilməsindən imtina olunub.

200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. 29 nəfərə dosent, 7 nəfərə isə professor elmi adının verilməsindən imtina olunub.

Nostrifikasiya və təkrar attestasiyaya gəlincə, 27 nəfərə fəlsəfə doktoru, 2 nəfərə elmlər doktoru, 1 nəfərə dosent elmi dərəcəsi verilib. 7 nəfərə fəlsəfə doktoru, 1 nəfərə elmlər doktoru dərəcəsi verilməsindən imtina olunub.

.