2021-ci ilə nisbətən 2022-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 2.4, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13, qəsdən sağlamlığa ağır zərər vurmalar 5, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17.6, ailə münaqişəsi zəminində törədilənlər 2.4, mal-qara oğurluğu 21.3 faiz azalıb.

Bu barədə Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Qeyd olunub ki, həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub, axtarışda olan 557 təqsirləndirilən şəxsin tutulması təmin edilib.

.