![](/uploads/img/posts/2024/02/03/191e173e-3776-44f5-bef4-b50a20a05c29_850jpg-1706941150.jpg)
Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 6 silah götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 tapança, 3 ədəd müxtəlif markalı tüfəng və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
.