Türkiyə prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq ABŞ ilə dialoqa hazırdır.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə prosesi yaxından izləyir: “Ümumiyyətlə, bu proses bütün dünyanın gündəmindədir”.

Ö.Çelik, həmçinin prezidentliyə əsas namizədlərdən biri, keçmiş prezident Donald Trampa qarşı sui-qəsd cəhdini pisləyib.

Qeyd edək ki, ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden daha əvvəl prezident seçkilərindən çəkildiyini elan edib.

.