Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 9-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən bildirilib ki, bəzi yerlərdə yağıntılar intensiv olub.
Düşən yağıntının miqdarı Culfada 14 mm, Şahdağ, İsmayıllıda 12 mm, Yardımlıda 11 mm, Cəfərxanda 10 mm, Lerikdə 9 mm, Astara, Lənkəranda 8 mm, Sabirabad, Naxçıvanda 7 mm, Ordubad, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Biləsuvar, Şərur, Şahbuz, Oğuz, Şamaxı, Qobustan, Tərtər, Ağdam, Altıağac, Balakən, Bərdə, Yevlax, Neftçala, Göygöl, Şəki, Daşkəsən, Xaltan, Qrız, Şabran, Mingəçevir, Göyçay, Şirvan, Göytəpə, Kəlvəzdə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
Sumqayıt, Neft Daşları, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Qəbələ, Şəki, Qax, Şamaxı, Qrız, Şahdağ, Balakən, Göyçay, Lerikdə duman müşahidə olunub.
Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
.