Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

"koronavirusinfo.az"saytının məlumatına görə, ölkə üzrə koronavirusa ən çox yoluxma Bakıda qeydə alınıb – 54,2%. Abşeronda yoluxma 13.0%, Aranda 12%, Gəncə-Qazaxda 7,2%, Şəki-Zaqatalada 4,1%, Quba-Xaçmazda 3,1%, Lənkəranda 2,4%, Dağlıq Şirvanda 2,3%, Yuxarı Qarabağda 1,4%, Naxçıvanda isə 0,08% təşkil edir. Yoluxanların 0,3%-i ölkə xaricindən gələnlərdir.

Bakıda koronavirusa ən çox yoluxma olan rayonların adları məlum olub

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır. Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 13.4 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 11.2 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.9 faiz, Nizamidə 7.1 faiz, Xəzərdə 7.2 faiz, Qaradağda 4.5 faiz, Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.
 

.