Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

"koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 53.4 faiz, Abşeronda 13.4 faiz, Aranda 12.4 faiz, Gəncə-Qazaxda 7.3 faiz, Şəki-Zaqatalada 3.6 faiz, Quba-Xaçmazda 3.3 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.2 faiz, Yuxarı Qarabağda 1.5 faizdir.

Naxçıvanda yoluxma 0.06 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Bakıda koronavirusa ən yüksək yoluxma Binəqədidədir

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

"koronavirus.info" xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 13.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.8 faiz, Suraxanıda 8.4 faiz, Nərimanovda 7.8 faiz, Nəsimidə 7.6 faiz, Xəzərdə 7.6 faiz, Nizamidə 7.1 faiz, Səbaildə 4.9 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.

.