Bu ilin mart ayında Azərbaycanda əhali arasında 71 qida zəhərlənməsi hadisəsi baş verib.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, bu hadisələr nəticəsində ümumilikdə 84 nəfər zərər çəkib.
Ötən ay ölkədə 2 botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər zəhərlənib.

.