NATO Ukraynada hərbi missiya təşkil edəcək və Macarıstan bu missiyada təmsil olunmayacaq.

Bu barədə Macarıstan Baş naziri Viktor Orban "Kossuth" radiosuna müsahibəsində deyib.
"NATO-nun Ukraynada hərbi missiyası olacaq, lakin Macarıstan orada iştirak etməyəcək", - deyən Orban, ölkəsinin bu ideyanı maliyyə, texniki və ya hərbi personalın köməyi ilə dəstəkləməyəcəyini əlavə edib.
"Avropa qatarı müharibəyə doğru gedir", deyən Macarıstan hökumət başçısı Orban, Donald Trampın noyabrda prezident seçilərək Ağ Evə qayıtdığı təqdirdə bu "qatarı dayandıra" biləcəyini deyib.

.