Macarıstanın baş naziri Viktor Orban Avropa Parlamentinə birbaşa seçkilərin ləğv edilməsinin tərəfdarı olduğunu bildirib.

“Die Presse” qəzeti verdiyi məlumata görə, bu barədə o, Avstriyanın keçmiş kansleri Volfqanq Şussellə söhbətində bildirib.

Nəşr baş nazirin sözlərindən sitat gətirir: “Biz milli parlamentlərin Avropa Parlamentinə birbaşa seçkilər əvəzinə öz nümayəndələrini göndərdiyi əvvəlki sistemə qayıtmaq imkanını nəzərdən keçirməliyik.

Siyasətçi həmçinin strukturun özünü “dəlixana” adlandırıb.

.