Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov vəfat edib.

Bu barədə AzNews.az-a mərhumun ailəsindən məlumat verilib. Ailə üzvlərinin sözlərinə görə, bəstəkar uzun zamandır ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.

Mərhumla vida mərasimi bu gün saat 13:00-da Təzə Pir Məscidində keçiriləcək. O. Zülfüqar İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub. 1972-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 3 övladı var.
.