OPEK Rusiya ilə qarşılıqlı şəkildə neft hasilatının 6 ay müddətinə dondurulması ilə bağlı razılığa gəlib.

 

Yenizaman.az xarici mediaya istinadən xəbər verir ki, bunu Venesuelanın neft naziri Euloxio del Pino deyib.

 

Onun sözlərinə görə, OPEK-ə daxil olmayan ölkələrlə dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı saziş imzalamaq planlaşdırılır: "Bundan sonra, neft hasilatının azaldılmasına nəzarət edən komitə yaradılacaq. Komitədə 5 ölkənin naziri təmsil olunacaq. 3 ölkə OPEK üzvü olacaq. Bunlar Küveyt, Əlcəzair və Venesueladır. Digər iki ölkə isə Rusiya və Oman olacaq. Razılaşmadan sonra neftin qiymətinin hər barrel üçün 60-70 dollara qədər qalxmasını gözləyirik".

 

Qeyd edək ki, OPEK-ə üzv ölkələr noyabrın 30-da gündəlik neft hasilatını 1,164 milyon barrel azaldılaraq, 32,5 miylon barrelə endirilməsi ilə bağlı razılıq əldə ediblər.

.