OPEC+ ölkələri çərşənbə günü keçirilən iclasdan sonra alyansın sentyabr ayında neft hasilatının sutkada 100 min barel artırılmasını təsdiqləyib.

Bu barədə “RİA Novosti“yə nümayəndə heyətlərindən birindəki mənbə bildirib.
“Sentyabrda hasilatın 100 min artırılması ilə bağlı razılıq əldə olunub”, - mənbə bildirib.

OPEC+ 2020-ci ilin may ayında koronavirus pandemiyasının yaratdığı neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9,7 milyon barel azaltdı. Sonra müqavilənin şərtlərinə dəfələrlə düzəlişlər edildi. Belə ki, 2021-ci ilin avqust ayından etibarən alyans hasilatı hər ay gündəlik 400 min barel, bu ilin may-iyun aylarında gündəlik 432 min barel artırıb, iyul-avqust aylarında isə hasilatı 648 min barel artırmağı planlaşdırır.

.