Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan daha 10 ölkə OPEC+ razılaşmasına qoşula bilər.
Rusiya mediasının verdiyi xəbərə görə, bu barədə TASS agentliyinə OPEC-dəki mənbə deyib.
Mənbənin məlumatında deyilir ki, bu ölkələr arasında Türkmənistan, Özbəkistan, Boliviya, Çad, Konqo, Qana, Kot-dİvuar, Seneqal, Misir və Uqanda var.
Qeyd edək ki, OPEC üzvləri və qeyri-üzv dövlətlərin nazirlərinin Vyanada III iclası noyabrın 30-da keçiriləcək.
.
