Ötən ilin dekabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 453 min barel səviyyəsində olub.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatı verdiyi məlumata görə, ötən ilin noyabr ayının göstəriciləri (455 min barel) ilə müqayisədə oktyabrda Azərbaycanda ortalama gündəlik neft hasilatı 2 min barel azalıb.

Məlumata əsasən, bu ilin birinci, ikinci, üçüncü və dürdüncü rübündə qeyd olunan göstərici müvafiq olaraq 466 min barel, 461 min barel, 458 min barel və 456 min barel təşkil edib.

Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 460 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 21 min barel azdır.

Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir. Beləliklə, Azərbaycan ötən ilin dekabr ayında"OPEC+" çərçivəsində kvotadan 98 min barel, ümumi 2025-ci ildə isə 91 min barel geri qalıb.

.