Ombudsman Aparatının əməkdaşları Azərbaycanda səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) nümayəndə heyəti ilə birgə Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində başçəkmə həyata keçiriblər.

Bu barədə  Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, başçəkmə zamanı əvvəlcə müəssisə rəhbərliyi ilə görüş keçirilib, ölkə təcrübəsi və müəssisə barədə məlumat verilib.

Daha sonra müəssisənin kameralarına, tibb otağına, gəzinti yerinə, mətbəxinə və digər yerlərə baxış keçirilib.

Müəssisədə saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib, müraciətləri dinlənilib, sənədləşmə araşdırılıb.

.