"Türkiyə ölüm cəzasının bərpası haqqında referendum keçirməyə qərar versə, Almaniya ərazisində səsvermə qadağan ediləcək”.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert brifinqdə bildirib.
Onun sözlərinə görə, Almaniyada belə bir səsvermənin keçirilməsinə icazənin verilməsi ölkənin əsas qanununa və Avropa dəyərlərinə zidd olardı.
Qeyd edək ki, 2016-cı il aprelin 16-dakı dövlət çevrilişinə cəhddən sonra Türkiyə ölüm cəzasının bərpası gündəmə gəlib.
.