Səudiyyə Ərəbistanında başıaçıq və qısa yubka tarixi ərazidə video çəkərək paylaşan qız polis bölməsində nəzarətə alınıb.
Riyad şəhərinin tarixi məkanlarından birində qısa yubkasını nümayiş edərcəsinə video çəkib sosial mediada paylaşan gənc qadın xalqın mentalitetinə uyğun davranmamaqda günahlanırılıb.
Polisə ifadə verən gənc qadın görüntülərin onun xəbəri olmadan paylaşıldığını deyib.
Hadisənin detallı araşdırılması üçün cinayət işi Baş Prokrorluğa göndərilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının qanunlarına görə, ictimai məkanlarda qadınlar başıaçıq vəziyyətdə gəzə bilməz.
Bundan başqa, Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə də icazə verilmir. Qadınlar həyat yoldaşlarının və ailələrinin icazəsi olmadan pasport alıb xaricə səyahət edə bilməz.
