Olimpiya məşəlinin Azərbaycanın rayonlarında qarşılanması mərasimlərində yerli icra strukturları orta məktəb şagirdlərini və onların valideynlərini də məcburi şəkildə cəlb edir. Neftçala rayonunda məşəlini qarşılanması zamanı yaşanan faicədə də zərər çəkən məktəbli olub. Rayonun Aşağı Zurra kənd sakini, 10-cu sinif şagirdi Əbilov Elbrus Məhəmməd oğlu qarşılanma mərasimindən geri dönən zaman qəzaya uğrayıb. Belə ki, yaşadığı kəndin ərazisində avtobusdan düşən E.Əbilovu maşın vurub. Ağır xəsarət alan şagird Salyan rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.
Qeyd edək ki, məşəlin keçdiyi bütün rayonlarda qarşılanma mərasimlərində şağırdlər və onların valideynləri məcburi şəkildə iştirak etməlidir. Bir qayda olaraq 5-ci sinifə qədər olan uşaqların valideynləri, 5-ci sinifdən yuxarı isə şağırdlərin özləri iştirak etməlidir. Tədbirə qatılmaqdan imtina edənlərə isə qiymətlərinin kəsiləcəyi və digər problemlərin yaradəlacağı deyilir.
