Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.

Bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı deyib.

Kansler qeyd edib ki, 15 il bundan əvvəlki vaxtlarla müqayisədə hazırda söhbət təkcə gələcək texnologiyaların tətbiqindən deyil, iqtisadi effektiv olan texnologiyaların maliyyələşdirilməsindən gedir.

“İqlim maliyyələşdirilməsi üzrə yüksək səviyyəli müstəqil ekspert qruplarının məlumatlarına görə, 2030-cu il üçün inkişaf etmiş və inkişafda olan dövlətlərdə texnologiyaların yenilənməsinə illik 2,4 trilyon dollar lazımdır. Bu, böyük rəqəmdir. Bura təkcə bir ölkənin və ya kiçik bir qrup ölkənin vəsaitləri kifayət etməyəcək. Belə miqyaslı investisiyalar üçün bir çoxlarının qoşulması lazımdır”, - O.Şolts deyib.

.