Xəbər verdiyimiz kimi, rəqqasə Oksana Rəsulovanın rəhbərlik etdiyi rəqs qrupu xalq artisti Aygün Kazımovanın konsertində onu müşayiət edəcək. 

Axşam.az-ın məlumatına görə, illərdir küsülü olan rəqqasə və müğənninin bir layihədə birləşməsi marağa səbəb olub. 

O.Rəsulova əməkdaşımızla söhbətində barışmaları xəbərini təsdiqləyib və bunları deyib:

"Düzdür, konsertdə Aygün Kazımova və Rəhim Rəhimli üçün rəqs quracam.  Mən və qrupun konsertdə çıxış edəcəyik. Hər şey yaxşıdır. Aramızda barışıq olub”.

Xatırladaq ki, A.Kazımova və Oksana arasında mübahisəyə səbəb meyxanaçı Namiq Qaraçuxurlu olmuşdu. O.Rəsulovanın adı bir müddət Namiqlə sevgili kimi hallanıb. Həmin ərəfədə N.Qaraçuxurlu və Aygün Kazımova sevgili idi.

Qeyd edək ki, "Show Aygün Rəhimli” avqustun 20-də "Dalğa beach” istirahət mərkəzində baş tutacaq. Konsertin rejissorluğu Anar Hüseynov və Aynurə Səmədovaya həvalə olunub.

 
.