Uzun müddətdir Hindistanda olan rəqqasə Oksana Rəsulova Bakıya qayıdıb. 

Axşam.az-a açıqlama verən sənətçi hind filminə çəkildiyini bildirib:

"Filmin bütün hazırlıqları başa çatıb. Bir neçə həftəlik Bakıya gəlib, valideynlərimi görmək istədim. İyunun birində geri qayıdıram. Birbaşa çəkilişlərə gedəcəm. Filmdə baş rolları mən, hind aktyorları Karan V Qrover , Sana, Alisad Xan, Sayed Mamun ifa edəcək. Ssenarini oxumuşam, çox maraqlı bir film olacaq”.

O.Rəsulova dəvət olunduğu hind seriallarından imtina etməsinin səbəbini də açıqlayıb:

"Seriallardan yaxşı pul qazanmaq olar. Amma bu mənim bütün vaxtımı aparacaq. Ona görə də seriala marağım yoxdur”. 

Rəqqasə keçmiş həyat yoldaşı, reper Elşad Xosenin onun fotolarını paylaşmasına münasibət bildirib. Oksana "Elşad barışmaq istəyir” sualına belə cavab verib:

"Barışmaq yox... Onun niyə mənimlə birlikdə çəkilən fotolar paylaşdığının səbəbini bilmirəm. O mənim dostumdur. Başqa heç nə ola bilməz”.

O.Rəsulova avqustda Bakıda böyük bir açılış edəcəyindən xəbər verib:

"Rəqs məktəbi açıram. Çox böyük bir layihədir. Avqustda ona möhtəşəm açılış edəcəm”.
.