Bakıda oğul atasını bıçaqlayıb.

Hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb. Belə ki, ailə daxilində düşən mübahisə zamanı 1973-cü il təvəllüdlü İbadov Vəkil Almurad oğlu öz oğlu tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

.