ABŞ-ın hazırki prezidenti Barak Obamanın qardaşı Malik Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Trampın seçkiqabağı kampaniyası çərçivəsində Las-Veqasda keçiriləcək son debatda iştirak edəcək.
 
Teleqraf.com "Nyu York Post”a  istinadən xəbər verir ki, hazırda Vaşinqtonda yaşayan Malik Obama Trampa səs verəcəyini qeyd edib:  "Çox şadam ki, debatda olacağam. Hesab edirəm ki, Tramp yenidən Amerikanı hegemon dövlətə çevirə biləcək”.
 
Qeyd edək ki, bir müddət öncə Tramp Barak Obamanın qohumlarından biri ilə görüşəcəyini bəyan etmişdi.
 
.