ABŞ Prezidenti Barak Obama Dallasda həyatını itirən beş polis üçün təşkil olunan mərasimdə iştirak edib.
AzNews.az xəbər verir ki, mərasimdə çıxış edən Obama göz yaşlarını saxlaya bilməyib: "Ümidsizliyi rədd etmək və düşünüldüyü qədər bölünmədiyimizi vurğulamaq üçün buradayam”.
Sözügedən mərasimdə keçmiş prezident Corc Buşun matəm mahnısı sədaları ilə rəqsi isə hamını təəccübləndirib. O, bu "mənasız rəqs”inə görə sosial mediada tənqid atəşinə tutulub.
Xatırladaq ki, iyulun 7-də Dallasda snayper hücumu nəticəsində 5 polis vəfat edib.





