ABŞ prezidenti Barak Obama Demokratik Partiyadan ABŞ prezidentliyinə namizəd olan Hillari Klintonu dəstəkləmək üçün öz tətilini yarımçıq qoyub.

Trend-in verdiyi məlumata görə, Obama Klintonun seçki kampaniyasına pul yığmaq məqsədi ilə keçirilən ziyafətdə iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

.