
ABŞ prezidenti Barak Obama "İŞİD”lə mübarizə ilə bağlı bəyanatla çıxış edib.
APA-nın "Fox News”-a istinadən verdiyi məlumata görə, Obama qeyd edib ki, terrorçuların mövqeləri bundan sonrada bombardman ediləcək.
"Bu mürəkkəb bir missiyadır, lakin biz geri çəkilməyəcəyik. Biz kəşfiyyatımızdan yeni məlumatlar almaqda davam edirik”, deyə B.Obama bildirib.
ABŞ prezidenti "İŞİD”lə müharibənin tezliklə bitməsinə inanmadığını vurğulayaraq, terrorçu qruplaşma ilə mübarizənin üç il davam edəcəyini bildirib.
.