Obama Fransa prezidentliyinə namizəd olacaq? - Petisiya başladıldı

4,119 oxunub

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın pərəstişkarı olan bir qrup fransız onun gələcəkdə Fransa prezidenti olmasını istəyir.

AzNews.az "ABC News”a istinadən xəbər verir ki, bu məqsədlə artıq "Obama 17” adlı kampaniya da başladılıb. Eyni adlı saytda Obamanı prezident seçkilərində iştirak etməyə razı salmaq üçün petisiya da yerləşdirilib. Fəalların məqsədi 1 milyon imza toplamaqdır. Bu sayı əldə etdikdən sonra pərəstişkarların nə edəcəyi isə açıqlanmayıb.

"Fransa ifrat sağçı namizədə kütləvi şəkildə səs verməyə hazırlaşdığı bir vaxtda biz bu planetə demokratiya dərsi verə bilərik. Nə üçün Obama? Ona görə ki, bu vəzifə üçün ən yaxşı xarakteristika məhz ondadır”,-deyə ideya müəllifləri qeyd ediblər.

Lakin Obamanın Fransa vətəndaşlığının olmaması bu ideyanın həyata keçirilməsində ən böyük maneə kimi göstərilir

Fransa prezident seçkilərinin ilkin mərhələsi 2017-ci il aprelin 23-də baş tutacaq. İkinci mərhələyə ehtiyac qalsa, seçkilər mayın ayının 7-də baş tutmalıdır. Namizədlər arasında ifrat sağçıların lideri Marin Le Pen, "Sol cəbhənin" təmsilçisi Jan-Luk Melanşon, ölkənin sabiq baş naziri Fransua Fiyon, keçmiş iqtisadiyyat naziri Emmanuel Makron yer alır. Sorğunun nəticələrinə əsasən, səsvermənin final mərhələsinə Le Pen və Makron çıxa bilər.

.
Təqvim